Azersundan xəbərlər

TULLANTI KAĞIZLARIN TƏKRAR EMALI ZAVODUNUN İNŞASI 2009-CU İLDƏ TAMAMLANACAQDIR

9 oktyabr, 2008

“AZƏRSUN HOLDİNQ”İN HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏRDƏN BIRI – TULLANTI KAĞIZLARIN TƏKRAR EMALI ZAVODU ÖLKƏ İQTİSADİYYATINA NÖVBƏTİ TÖHFƏ OLMAQLA YANAŞI, HƏM BU SAHƏDƏ TƏLƏBATIN TƏMİN OLUNMASI, HƏM DƏ YENİ İŞ YERLƏRİNİN YARANMASI İMKANINI YARATMIŞDIR.

Həyata keçirdiyi islahatlarla daim diqqət mərkəzində olan “Azərsun Holdinq” növbəti layihəni 2009-cu ildə yerinə yetirəcəkdir. Bu, tullantı kağızların təkrar emalı zavodunun layihəsidir. Zavodun 2009-cu ildə gerçəkləşəcək fəaliyyəti ilə əlaqədar olaraq “Azərsun Holdinq” Şirkətlər Qrupu tərəfindən “Trend” informasiya agentliyində mətbuat konfransı keçirilmişdir.

Tədbirdə holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev və İnvestisiya və Layihə şöbəsinin müdiri Mehran Məmmədov KİV nümayəndələri ilə görüşmüşlər. Jurnalistlərin çoxsaylı suallarına ətraflı şəkildə cavab verən holdinq nümayəndələri zavodun özünü necə təmin edəcəyindən və nəzərdə tutulmuş fəaliyyətindən bəhs etmişlər.

Belə ki, ölkəmizdə fəaliyyətə başlayacaq bu zavodda gündəlik emal gücü 200 ton, il ərzində isə 60.000 ton kağızın təkrar istehsalı planlaşdırılmışdır. Sumqayıt şəhərində inşa edilən zavod ölkənin kağız tələbatına olan ehtiyacı ödəməklə yanaşı, ekoloji tələblərə də tam şəkildə cavab verəcəkdir. Məlumatlara əsasən 1 ton kağızın təkrar emalı üçün 24 ton odun, 440 ton su və 7600 kilovat elektrik enerjisi istifadə olunacaqdır. Müasir texnologiyaya malik avadanlıqlarla təchiz ediləcək bu müəssisə, bazarı yüksək keyfiyyətli məhsulla təmin edəcəkdir.

Bununla yanaşı, tullantı kağızların təkrar emalı zavodu yalnız ölkə bazarını deyil, həm də qonşu respublikaların kağıza olan ehtiyacını təmin etməyi qarşısına məqsəd qoymuşdur. Demək olar ki, zavodun istehsal potensialının 30%-i ölkə tələbatının ödənilməsinə, digər 70%-i isə qonşu dövlətlərə ixrac olunması nəzərdə tutulmuşdur. İstismara veriləcək bu müəssisənin inşası isə sürətlə davam etməkdədir.

Qeyd etmək lazımdır ki, 1 ton tullantı kağızın yenidən emalı

  1. - 17 ədəd şam ağacının,
  2. - 36 ton CO2 qazının atmosferə atılmasının, 4100 kilovat elektrik enerjisi sərfinin,
  3. - 267 kq çirkli qazın atmosferə buraxılmasının,
  4. - 1750 litr yanacaq neftinin sərf olunmasının,
  5. - 3-4 m3 ambarlamanın ərazisindən istifadənin,
  6. - 85 m2 meşə ərazisinin məhv olmasının,
  7. - 38,8 ton suyun sərf olunmasının qarşısını alacaqdır.






[Əvvəlki] [Sonrakı]