Azersundan xəbərlər

“AZERSUN HOLDİNG” ÇAY VƏ QƏHVƏ FESTİVALINDA İŞTİRAK ETDİ

15 sentyabr, 2008

Bu yaxınlarda Sankt-Peterburq şəhərində Beynəlxalq Çay və Qəhvə Festivalı keçirilmişdir. Bir çox ölkələrin çay istehsalçılarının iştirak etdiyi festivalda “Azersun Holding” müəssisələrindən olan “Sun Tea Azerbaycan” ASC-nin istehsal etdiyi müxtəlif çeşidli çay markaları da nümayiş etdirildi.

Festivalda çay məhsullarımız iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bir sıra ölkələrin istehsalı olan çay və qəhvə məhsullarının nümayiş etdirildiyi bu festivalda, hər bir dövlətin özünəməxsus çay adət-ənənələri də burada öz əksini tapmışdı. Müxtəlif beynəlxalq sərgi və festivallarda uğurla iştirak edən “Sun Tea Azerbaycan” ASC isə qarşısına qoyduğu məqsədləri doğruldaraq Azərbaycanın çayçılıq mədəniyyətini artıq bütün dünyaya tanıtmışdır.

Kifayət qədər maraqlı və rəngarəng keçən Beynəlxalq Çay və Qəhvə Festivalı 4 gün davam edərək öz işini yekunlaşdırmışdır.

[Əvvəlki] [Sonrakı]