Azersundan xəbərlər
"AZERSUN HOLDİNG" "AZƏRBAYCAN - 2008" MİLLİ SƏRGİSİNİN İŞTİRAKÇISI OLDU
3 sentyabr, 2008
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi ilə əlaqədar Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Azərbaycan-2008” Milli Sərgisi təşkil olunmuşdur. Sentyabr ayının 2-dən 6-sına kimi davam edən sərginin açılışında ölkə rəhbəri İlham Əliyev də iştirak etmişdir.
Azərbaycan Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunan sərgidə 185 yerli şirkətin istehsal etdiyi məhsullar nümayiş olunmuşdur. Qeyd etmək lazımdır ki, sərgidə 11 dövlət və digərləri isə qeyri-dövlət sektorları idi. Burada Kənd Təsərrüfatı, Vergilər, Səhiyyə, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Milli Aviasiya, Yanacaq və Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Neft Şirkəti, Tikinti Departamenti və digər hökumət strukturlarının pavilyonları da açılmışdı. Sərgi həmçinin 8 iqtisadi rayonu - Naxçıvan, Aran, Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Gəncə-Qazax, Abşeron, Şəki-Zaqatala rayonlarını əhatə etmiş və burada onların hər birinin fəaliyyətini işıqlandırmaq üçün stendlər qurulmuşdur.
Ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu olan “Azersun Holding” Şirkətlər Qrupu da bu sərgidə iştirak edirdi. 5 iqtisadi rayon üzrə stendlər qurmuş şirkətlər qrupunun müəssisələri- Aran iqtisadi zonası üzrə fəaliyyət göstərən İmişli şəkər zavodu, Şəki-Zaqatala zonasında fəaliyyət göstərən Zaqatala fındıq zavodu, Quba-Xaçmaz zonasında yerləşən “Qafqaz Konserv Zavodu” və Abşeronda fəaliyyət göstərən 6 müəssisə burada öz məhsullarını uğurla nümayiş etdirmişdir.
“Azərbaycan-2008” Milli Sərgisində “Azersun Holding” üçün ayrılmış 36 m2-lik stenddə müəssisələrimiz tərəfindən istehsal olunan yüksək keyfiyyətli məhsullar sərgi iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Sərgidə bazara yeni təqdim olunmuş məhsullarımızdan biri olan “ Möcüzə” qarğıdalı və günəbaxan yağının dequstasiyası da keçirildi.
| [Əvvəlki] | [Sonrakı] |

