Azersundan xəbərlər

"AZERSUN HOLDİNG"İN MƏDƏNIYYƏT MƏRKƏZİNDƏ PROFESSOR MAQSUD QASIMOVUN 6 KİTABI TƏQDİM OLUNDU

29 avqust, 2008

“Azersun Holding” Şirkətlər Qrupu da daim elm və təhsilə böyük əhəmiyyət vermiş bu istiqamətdə aparılan işləri daim dəstəkləməkdədir.

Professor Maqsud Qasımov yeni kitablarını müəllim və həkim heyətinə təqdim etdi. Məktəblərdə tibbi biliklərin və gigiyenaya tam şəkildə riayət olunması ilə əlaqədar nəşr edilən bu kitablar şagirdlərin maariflənməsi üçün nəzərdə tutulmuşdur. “Azersun Holding”in Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə professorun 6 kitabı təqdim olundu.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsi çərçivəsində təhsil sahəsində də əhəmiyyətli addımlar atılmaqdadır. Maqsud Qasımovun tərtib etdiyi metodik tövsiyələrin əsas məqsədi orta təhsil müəssisələrində məktəblilərin sağlamlığını qorumaq, həyat fəaliyyətinin təhlükəsizliyini təmin etmək, həyatı mənada milli adət-ənənələri, vərdişi və sağlam həyat tərzini formalaşdırmaq, tədris şəraitində xəstəliklərə qarşı risk dərəcəsini azaltmaqdır.

Professorun qələmə aldığı kitablarda əsasən sağlam həyat tərzi uğrunda aparılan mübarizədən bəhs edilir. Bununla yanaşı məktəblilərin gigiyenik tərbiyəsi üzrə metodiki göstərişlərlə zəngin olan bu kitablarda xəstəliklərə yoluxmadan qorunmaq, zərərli vərdişlərə yol verməmək və onlardan xilas olmaq kimi bir sıra məlumatlara yer verilmişdir.

“Məktəblilərin gigiyena və sağlamlıq üzrə biliyini artırmaq üçün metodiki tövsiyələr”, “Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz” Azərbaycan mətbəxində pəhriz” və s. kitablar da məktəblərdə maarifləndirici material kimi böyük əhəmiyyət daşıyır.

[Əvvəlki] [Sonrakı]