Azersundan xəbərlər
"TÜRKMƏNAQRO-2008" BEYNƏLXALQ SƏRGİSİNDƏ "AZERSUN HOLDİNG" ŞİRKƏTLƏR QRUPUNUN UĞURU
12 avqust, 2008
“Azersun Holding” müəssisələri tərəfindən istehsal edilən yerli məhsulun dünya bazarına çıxarılması istiqamətində görülən təqdirəlayiq işlər davam etməkdədir. İstehsal edilən məhsulların adını dünyada tanıtmaq məqsədilə bir sıra addımlar atan holdinq, bu dəfə 07-09.08.08 tarixləri arasında Türkmənistanın Aşxabad şəhərində keçirilən beynəlxalq “TÜRKMƏNAQRO-2008” sərgisində iştirak etdi.
Müxtəlif xarici ölkələrdə təşkil olunmuş beynəlxalq sərgilərdə iştirak edən “Azersun Holding” Şirkətlər Qrupunun bu dəfəki səfəri Türkmənistanın Aşxabad şəhərində keçirilən beynəlxalq “TÜRKMƏNAQRO-2008” sərgisi idi. 07-09.08.08 tarixləri arasında keçirilən sərgi zamanı Türkmənistan respublikasının dövlət nümayəndələri yanaşı 15-dən çox xarici ölkə nümayəndələri də iştirak edirdi. Azersun Holding bu sərgidə xüsusi rəğbətlə qarşılandı. Bu sərgi “Azersun Holding” üçün uğurlu səfərlərdən biri oldu.
Qeyd etmək lazımdır ki, sərgidə Türkmənistan dövlət xadimlərinin böyük marağında olan “Azersun Holding”in stendi böyük maraqla qarşılanmışdır. Sərgidə Azərbaycanın istehsalı olan məhsulların xüsusi rəğbət qazanması KİV nümayəndələrinin də diqqətini cəlb etmişdir.
Sərgidə iştirak edən insanlar müxtəlif ölkələrin damaq zövqü ilə tanış olmaqla yanaşı, eyni zamanda həmin ölkələrdə istehsal olunan məhsullarla da tanış olma fürsəti əldə edirdilər. Həmçinin sərgidə “Azersun Holding” Şirkətlər Qrupu ilə əlaqədar təqdimat filmi də nümayiş etdirilmişdir.
Sərgidə “Azersun Holding”in istehsalı olan yağ, çay, konserv məhsulları, arasında tanınmış markalardan olan “Bizim Tarla” mürəbbə çeşidləri, turşu, tomat, badımcan kürüsü kimi konserv məhsulları, “Final” günəbaxan və zeytun, “Vega” qarğıdalı yağları da xüsusi diqqət qazanmış, “Azərçay”, “Pasha”, “Pürrəngi” çayları isə sərgi iştirakçıları tərəfindən böyük rəğbətlə qəbul olunmuşdur.
Tədbirdə iştirak edən “Azersun Holding” İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər departamentinin müdiri Kazım Babayev türkmənistan mediasına şikrət haqqında geniş informasiya verərək məhsullarımız və fəaliyyət sahəmiz haqqında geniş nitq söylədi.
“Azersun Holding” Şirkətlər Qrupu da «İstehsal etdiyi məhsulların yüksək keyfiyyətinə görə», “TÜRKMƏNAQRO-2008” sərgisində ən ali mükafata layiq görüldü.
Bütün bunlar deməyə əsas verir ki, “Azersun Holding” beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli və milli damaq zövqünü özündə əks etdirən məhsullarıyla dünya bazarlarında tanıdılaraq qəbul etdirilməsi istiqamətində yorulmadan çalışır və bu yolda böyük uğurlara imza atır.
| [Əvvəlki] | [Sonrakı] |

