Azersundan xəbərlər

“AZERSUN HOLDİNG” ŞİRKƏTLƏR QRUPU “PROQRESS” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

23 iyul, 2008



İyul ayının 22-də Rusiyanın Azərbaycandakı Səfirliyi və Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Rusiya İşgüzar Əməkdaşlıq Palatası tərəfindən 2007 ilin yekunlarına əsasən təşkil olunmuş “Proqress” mükafatının təqdimetmə mərasimi “Azersun Holding” Şirkətlər Qrupunun Baş Sponsorluğu altında keçirilmişdir. Zalda şirkətimizın təşkil etdiyi, milli üsluda işlənmış “Azərçay” və “Məryam”çay tadım stenlərı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Azərbaycanın daxili qida təhlükəsizliyini təmin edən “Azersun Holding”, bir çox ölkələrə qida məxsullarını ixrac etməklə, həmin ölkələrin yüksək keyfiyyətli qida məhsulları ilə təmin olunmasına öz töhvəsin verməkdədir. Holdinq eksportunun əsas istiqamətlərindən biri də məhs Russiya Federasiyasıdır. Rusiya istehlakçısı 10 ildən artıqdır ki “Azersun Holding”in məhsullarından yararlanır. “Azerçay” və “Maryam” çayları, konserv məhsullarımız, xüsusi ilə müxtəlif çeşidli mürəbbələrimiz Rusiyada bazarlarında geniş təqdim olunub və mütamadi olaraq Moskva və digər şəhərlərdə keçirilən müsabiqələrdə Azərsun məhsulları ən yüksək mükafatlarına layiq görülür.

Müsabiqəyə 50-dən çox şirkətin qatıldığı halda, “Proqress” Mükafatı 2007-ci ildə Azərbaycan-Rusiya ticarətinin və iqtisadi əlaqələrin ən yaxşı iştirakçısı olaraq 13 şirkət təltif olundu.

Mükafatçılar arasında “Azersun Holding” Şirkətlər Qrupu da vardı. Belə ki, Xoldinq “RUSIYAYA QIDA SƏNAYƏSI MƏHSULLARIN EKSPORTU” nominasiyasına layiq görüldü. Mükafatı Rusiyanın Azərbaycanda səfiri cənab Vasiliy İstratov, “Azersun Holding”in Marketinq və Eksport direktoru Rəhmi Yaşar bəyə təqdim etdi.

[Əvvəlki] [Sonrakı]