Azersundan xəbərlər

İSTEHLAKÇILAR YERLİ MARKA OLAN, XARİCİ MARKALARA MEYDAN OXUYACAQ "GÜLÜM" QARĞIDALI VƏ GÜNƏBAXAN YAĞLARINI İSTƏNİLƏN MARKETDƏN ƏLDƏ EDƏ BİLƏCƏKLƏR

26 iyun, 2008

Artıq yerli bazarda istehlakçıların yerli məhsullara daha çox etibar etməsi, güvənməsi nəticə etibarilə yerli adda və yerli şirkətlərdə istehsal edilən məhsullara olan tələbi artırır. Belə ki, zaman keçdikcə istehlakçılar xaricdən idxal edilən məhsullara deyil, yerli məhsullara daha çox etibar edirlər. Ən azı ona görə ki, məhsulla bağlı hər hansı bir problem yarandığı halda istehlakçıların müraciət edə biləcəkləri məkan bəlli olur.

Bazarda rəqiblərin getdikcə artması yerli istehsalçıları daha fərqli davranmağa və keyfiyyət parametrlərinə daha çox diqqət yetirməyə vadar edir. Nəticədə isə qarşısında seçim imkanı geniş olan istehlakçı bazarda istədiyi şəkildə davranır, başqa sözlə desək, sərbəst seçim imkanı əldə edir. Məhz bu tələbləri nəzərə alan “Azersun Holding” Şirkətlər Qrupu da bu yaxınlarda “Gülüm” markası ilə bazara istehlakçıların istədiyi tələblərə cavab verən bitki - qarğıdalı və günəbaxan yağlarını təqdim etdi. Bazar tədqiqatlarının nəticələrinə əsasən real tələb kimi müəyyənləşmiş məhsul bütün keyfiyyət parametrləri ilə yanaşı, görünüş baxımından da istehlakçıların tələbinə uyğun olacaq. Məlumat üçün onu da qeyd edək ki, artıq yerli istehlakçıların istədiyi tələblərə cavab verən və idxal edilən markalara meydan oxuyacaq yerli markalı bitki yağları – “Gülüm” qarğıdalı və günəbaxan yağlarını istənilən marketdən əldə edə biləcəklər.





[Əvvəlki] [Sonrakı]