Azersundan xəbərlər
"AZERSUN HOLDİNG" MARKALARI ƏNƏNƏVİ VI BEYNƏLXALQ ÇAY VƏ QƏHVƏ FESTİVALINDAN VƏTƏNƏ UĞURLA DÖNDÜ
5 iyun, 2008
Hər il olduğu kimi bu il də 29 may və 1 iyun tarixlərində Rusiya Federasiyası Kənd Təsərüfatı Nazirliyinin və Moskva hökümətinin təşkilatçılığı ilə Moskva şəhərində ənənəvi VI Ümumdünya Çay və Qəhvə Festivalı keçirildi. Festivalda bir sıra dünya ölkələrinin məşhur çay və qəhvə istehsalı ilə məşğul olan şirkətlərinin markaları öz məhsullarının dad və ətrinin üstün keyfiyyətlərini nümayiş etdirirdilər.
“Azersun Holding” Şirkətlər Qrupu bu mötəbər beynəlxalq müsabiqəyə “Sun-Tea Azerbaycan” ASC-nin istehsalı olan müxtəlif markalı çayları təqdim etmişdi. VI Ümumdünya Çay və Qəhvə Festivalının münsifləri yenə də Azərbaycan çay mədəniyyətinin ənənlərini yaşadan milli brendlərimizi yüksək mükafatlara layiq gördülər. Bu müsabiqədə də çaylarımız ölkəmizə yüksək nəticələrlə qayıtdılar. Bir sıra nominasiyalarda medallarla təltif olunmuş “Azersun Holding” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən “Sun Ta Azerbaycan” ASC Azərbaycana 8 medal və bir diplom qazandırdı. Belə ki, 2 qızıl, 4 gümüş və 2 bürünc medal olmaqla “Maryam Flavory Tea” (berqamot), “Maryam Sawberry”, “Maryam Broken”, “Maryam Super”, “Maryam Peach”, “Pasha Golden”, “Azerçay”, “Azerçay” (berqamot) çayları həmçinin müxtəlif nominasiyalarda diplomlara da layiq görülmüşdür.
| [Əvvəlki] | [Sonrakı] |

