Azersundan xəbərlər

"AZERSUN HOLDİNG" XARİCİ ƏLAQƏLƏRİNİ GENIŞLƏNDİRİR

26 may, 2008

Mayın 26-ı Bakıda Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ilk iclası keçirilib. İclasda iştirak edən BƏƏ xarici ticarət naziri Şeyxə Lubnə bint Xalid Əl-Qassiminin rəhbərliyi ilə geniş nümayəndə heyətindən ibarət işçi qrupu “Azersun Holding” Şirkətlər Qrupunu ziyarət etmişdir. Görüşdə Azərbaycanın dinamik inkişaf xətti tutduğunu qeyd edən “Azersun Holding”in prezidenti Abdolbari Goozal, holdinqin ölkədəki fəaliyyəti, həyata keçirilən layihələr, ölkənin aqrar potensialı barədə qonaqlara ətraflı məlumat vermişdir.

Xarici qonaqlar, “Azersun Holding” idarə heyətinin üzvləri ilə “Bakı Yağ və Qida Sənaye” zavodu sonra isə “Sun Tea Azerbaijan” çay paketləmə fabrikini ziyarət etdilər. Tədbirin sonunda “Azersun Holding” Şirkətlər Qrupu tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu.

[Əvvəlki] [Sonrakı]