Azersundan xəbərlər
“AZERSUN HOLDİNG” ŞİRKƏTLƏR QRUPU İLƏ “KOLON” ŞİRKƏTİ ARASINDA YENİ LAYİHƏ – “DREAM ISLAND” (“Xəyal adası”)
19 may, 2008
19 may 2008-ci il tarixində “Hyatt Regency”-nin “Şamaxı” zalında “Azersun Holding” Şirkətlər Qrupu ilə birgə Cənubi Koreyanın “Kolon” şirkətinin təqdim etdiyi Yeni layihə - “Dream Island” (“Xəyal adası”) – nın təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal və “Kolon” şirkətinin prezidenti Vong Yeul Li iştirak etmişdirlər. Təqdimat mərasimində “Kolon” şirkətinin nümayəndəsi Filip Şin layihəni təqdim edərək Azərbaycanda həyata keçiriləcək layihə barədə məlumat verdi. Binə qəsəbəsində, 300 hektarlıq ərazidə inşa ediləcək kompleksin layihəsində sağlamlıq, yaşayış və ticarət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. “Xəyal adası”nda layihələşdirilən geniş təhsil kompleksi xüsusilə diqqəti cəlb etməkdədir. İnşa olunacaq müasir kompleks Abşeron yarımadasına böyük bir töhfə olacaqdır. “Kolon” şikrəti ilə “Azersun Holding” arasında əməkdaşlığın yaranması, həmçinin, milli şirkətlərimizin beynəlxalq partnyorlarla təcrübə mübadiləsinə də şərait yaratmış olacaq.
Tədbir zamanı, “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal ilə “Kolon” şirkətinin prezidenti arasında birgə əməkdaşlıq barədə memorandum imzalandı.
| [Əvvəlki] | [Sonrakı] |

