Azersundan xəbərlər

ƏNƏNƏVİ QİDA SƏNAYESİ SƏRGİSİ "WORLDFOOD AZERBAIJAN" ÖZ İŞİNƏ BAŞLADI. "AZERSUN HOLDING"İN STENDİ MÜƏSSİSƏLƏRİ VƏ MƏHSULLARI İLƏ YANAŞI MİLLİ ƏNƏNƏLƏRİ ƏKS ETDİRMƏSİLƏ DİQQƏT MƏRKƏZİNDƏ OLDU.

15 may, 2008

15.05.2008-ci il tarixində, Heydər Əliyev adına İdman və Sərgi kompleksində, “Azersun Holding”in baş sponsorluğu, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ticarət və Sənaye Palatası, İxracatın və İnvestisiyaların Təşviqi Fondunun rəsmi dəstəyilə ilə, ənənəvi Qida Sənayesi sərgisi “WorldFood Azerbaijan” öz işinə başladı. Respublikanın yeyinti sektorunun aparıcı şirkətləri sərgidə təmsil olunur. Hər il olduğu kimi bu il də “Azersun Holding”in stendi təbii olması və fərqliliyi ilə göz oxşamaqdadır. Azərbaycanın milli ənənələri əks olunan stenddə “Azersun Holding”in istehsal etdiyi “Bizim tarla”, “Azərçay”, “Pasha”, “Final”, “Maryam”,“SuperSun”, “Vega”, markaları ziyarətçilərin böyük marağını qazanmaqdadır. “Pasha” çayın yeni dəmlik paketləri isə xüsusi diqqət mərkəzindədir. Sərgidə, “Azersun Holding”ə daxil olan “Sun Tea Azərbaycan” ın, “Qafqaz Konserv Zavodu”nun, Bakı Yağ Zavodunun, İmişli Şəkər Zavodunun məhsullarının nümayişi ilə yanaşı muğam üçlüyünün ifaları, yaradılmış canlı tarladakı balacanın tütəklə ifa etdiyi “Sarı gəlin” həm də Azərbaycanın zəngin mədəniyyətini təqdim edir.

Yuxarıda adları qeyd olunan rəsmi qurumların rəhbərləri ilə yanaşı İsrailin Kənd Təsərrüfatı Nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti, Kuba Respublikasının Ticarət Palatasının nümayəndə heyəti və bir çox xarici şirkətlərin təmsilçiləri sərgini ziyarət etmişdir.

[Əvvəlki] [Sonrakı]