Azersundan xəbərlər
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ “AZERSUN HOLDİNG”DƏ SİLSİLƏ TƏDBİRLƏRLƏ ANILDI
14 may, 2008
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Azersun Holding Şirkətlər Qrupunda silsilə tədbirlər keçirilmişdir. Bu münasibətlə Holdingdə 1000 nəfərlik bayram süfrəsi təşkil olunmuş, sonra isə iştirakçılara Azersun Holdingin istehsal etdiyi məhsullardan ibarət bayram hədiyyəsi verilmişdir. “Azersun Holding” tərəfindən təşkil olunmuş tədbirlərdən biri də “N” saylı hərbi hissədə bayram konserti ilə davam etdi. Holding tərəfindən hərbi hissəyə televizor, xidmətdə fərqlənən əsgərlərə isə hədiyyələr təqdim olundu.
“Azersun Holding” Ulu öndərin sağlığında daim diqətdə saxladığı yaşıllaşdırma işlərini Əzizbəyov rayonu ərazisində holdingə ayrılmış sahədə davam etdirdi. Başda “Azersun Holding”in prezidenti Abdolbari Goozal olmaqla bütün kollektiv ağacəkmə kompaniyasında iştirak etmiş və 40 minə qədər ağac və gül kolu əkilmişdir. Kompaniya müddətində daha 30 min ağac və gül kolu əkiləcək. Əkilmiş ağaclara qulluq məqsədilə əraziyə su xətti çəkilmiş və təcrübəli işçilər ayrılmışdır. Salınacaq meşə zolağında yazılmış 85 rəqəmi hava məkanından da aydın görünəcək.
Anım tədbirləri “Azərsun Holding” Mədəniyyət Mərkəzində davam etmişdir. Holdingin prezidenti Abdolbari Goozal çıxışında Heydər Əliyevlə bağlı xatirələrindən danışaraq, Heydər Əliyevin müasiri olmanın xoşbəxtlik olduğunu qeyd etmişdir. Ulu öndər Heydər Əliyevin xatirəsi yad olunduqdan sonra “Azersun Holding”in kollektivi tərəfindən fəxri xiyabanda məzarı ziyarət olunaraq çələng və gül dəstələri qoyulmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

