Azersundan xəbərlər

"AZERSUN HOLDING" ŞİRKƏTLƏR QRUPUNUN TƏHSİLƏ OLAN XÜSUSİ DİQQƏTİ

21 aprel, 2008

Elm və təhsilə hər zaman böyük əhəmiyyət verən “Azersun Holding” Şirkətlər Qrupu elm sahəsinin inkişafını dəstəkləyən bir holdinqdir.

Elm və təhsilə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşan “Azersun Holding” Şirkətlər Qrupu bu dəfə sosial məsuliyyət olaraq Bakı Anadolu Türk Liseyinin konfrans salonunu təmir etdirmişdir.

Belə ki, Bakı Anadolu Türk Liseyinin konfrans salonunun təmirini öz üzərinə götürən şirkətlər qrupunun rəhbərliyi bu layihəni uğurla həyata keçirmişdir. Müasir üslubda təmir olunan konfrans salonunun açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıç və “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal bəyin başçılığı ilə holdinqin idarə heyətinin üzvləri iştirak edirdilər.

Belə bir təqdirəlayiq işin “Azersun Holding” tərəfindən həyata keçirilməsini dəstəkləyən səfir, bu sahədə şirkətlər qrupunun xidmətlərinin əvəzolunmaz olduğunu söylədi.

Tədbirdə çıxış edən “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal bəy, “Elm və təhsilə nə qədər xidmət və qayğı göstərilsə belə azdır” dedi. O, bundan sonra da ölkədəki elm və təhsil sahəsində həyata keçirilməsi gərəkli olan məsələləri daim diqqət mərkəzində saxlayacağını vurğuladı.

Tədbirin sonunda, Bakı Anadolu Türk Liseyinin rəhbərliyi tərəfindən şagirdlərin sosial fəaliyyətlərini və dərnək işlərini yeni təmir olunmuş salonda həyata keçirmələri üçün gözəl və əlverişli şərait yaradan şirkətlər qrupunun prezidenti Abdolbari Goozal bəyə və holdinqin idarə heyətinin üzvlərinə təşəkkür plaketi təqdim edildi.

[Əvvəlki]