Azersundan xəbərlər
"AZERSUN HOLDING"DƏ LİTVALI İŞ ADAMLARI
21 aprel, 2008
“Azersun Holding” Şirkətlər Qrupunda Litvadan gəlmiş iş adamları ilə görüş keçirildi. Görüşdə, holdinqin ölkədəki fəaliyyətləri haqqında qonaqlara məlumatlar verildi.
“Azersun Holding” Şirkətlər Qrupu ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafında mühüm bir yerə sahibdir. Ölkənin aqrar sahəsinin inkişafına təkan verən şirkətlər qrupu, müəssisələrində istehsal olunan yüksək keyfiyyətli məhsullarını nəinki ölkə bazarına, həmçinin xarici bazarlara da idxal etməkdədir.
Holdinqdə Litvalı iş adamları ilə keçirilən görüşdə “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal, zavod və fabrik müdirləri, həmçinin holdinq departamentlərinin məsul şəxsləri iştirak edirdi.
Şirkətlər qrupuna təşrif buyuran iş adamları, ilk olaraq “Azersun Holding”in fəaliyyətini əks etdirən qısametrajlı təqdimat filminə baxdılar. Sonra isə masa arxasındakı söhbət əsnasında Litva iş adamları, Abdolbari Goozal bəyə və holdinqin idarə heyətinə Litvada göstərdikləri fəaliyyətlər və fəaliyyət sahələri ilə bağlı ətraflı məlumatlar verdilər.
“Azersun Holding”in prezidenti Abdolbari Goozal bəy isə öz növbəsində, şirkətlər qrupunun həyata keçirdiyi işlər və fəaliyyətləri haqqında qonaqları məlumatlandıraraq, onlara “Bakı Yağ və Qida Sənaye” zavodu, ölkənin şimal zonasında yerləşən “Qafqaz Konserv Zavodu”, İmişli Şəkər zavodu və “Sun Tea Azerbaycan” çay paketləmə fabrikindən bəhs etdi.
Litvaya böyük maraq göstərdiyini qeyd edən Abdolbari Goozal bəy, Azərbaycanın kənd təsərrüfatı sahəsinin böyük və geniş imkanlara malik olduğunu qonaqların nəzərinə çatdırdı.
Holdinqin rəhbəri, litvalı iş adamlarına respublikanın kənd təsərrüfatı sahəsində holdinq tərəfindən aparılan işlər və qazanılan nailiyyətləri barədə də məlumatlar verdi.
Holdinqlə əməkdaşlığa hazır olduqlarını bildirən və ölkələrindəki fəaliyyətlərindən söz açan Litvalı iş adamları, Litvanın kimya, ağır metallurgiya, maşınqayırma, inşaat və tikinti, səhiyyə və s. sahələrindəki şirkətlərin “Azersun Holding”in fəaliyyətinə böyük maraq göstərdiklərini və eyni zamanda onların da bu əməkdaşlığa hazır olduqlarını qeyd etdilər.
Daha sonra holdinq idarə heyətinin nümayəndələri Litvalı iş adamları ilə “Bakı Yağ və Qida Sənaye” zavoduna kiçik ekskursiya səyahəti etdilər.
Tədbirin sonunda “Azersun Holding” Şirkətlər Qrupu tərəfindən qonaqlara hədiyyələr təqdim olundu.
| [Əvvəlki] | [Sonrakı] |

