Azersundan xəbərlər

ABŞ TROY UNİVERSİTETİ VƏ QAFQAZ UNİVERSİTETİ NÜMAYƏNDƏ HEYƏTİ "AZERSUN HOLDING"İN QONAĞI OLDU

14 aprel, 2008

Müəssisələrində geniş təlim-tədris proqramına başlayan “Azersun Holding”də, ABŞ Troy universiteti və Qafqaz Universitetinin nümayəndələrilə görüş keçirildi.

Görüşdə, “Azersun Holding”in prezidenti Abdolbari Goozal peşəkar milli kadr ehtiyatlarının yetişdirilməsi məqsədilə həyata keçirilən tədris proqramı barədə qonaqlara məlumat verdi. Keyfiyyətli məhsul istehsalı üçün səriştəli kadrların yetişdirilməsinin əhmiyyətini qeyd etdi.

“Beynəlxalq təcrübənin öyrənilməsi və universitetlərlə mövcud əməkdaşlıq perspektivlərinə toxunan Abdolbari Goozal, Holdingin kadr təminatında “Qafqaz” Universiteti məzunlarının xüsusi yeri olduğunu da qeyd etdi.

“Azersun Holding”in yağ zavodu ilə tanış olan qonaqlar, Holdinqin həyata keçirdiyi keyfiyyət standartlarına uyğun istehsal etdiyi milli Azərbaycan markalarının daha böyük uğurlara imza atacağına əminliklərini bildirdilər.

[Əvvəlki] [Sonrakı]