Azersundan xəbərlər
“AZERSUN HOLDING” ŞİRKƏTLƏR QRUPU DAHA BİR MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
7 aprel, 2008
“Caspian Integration Award” mükafatı yüksək keyfiyyətli məhsulların istehsalına görə “Azersun Holding” Şirkətlər Qrupuna təqdim olundu.
Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən Xəzər-Qaradəniz hövzəsi, Baltikyanı region daxil olmaqla dünyanın 32 ölkəsində 1500 şirkətin menecerlərinin iştirakı ilə keçirilmiş sorğu nəticəsində müxtəlif nominasiyalar üzrə uğur qazanan şirkətlərin adları müəyyən olunmuşdur. Seçilmiş şirkətlər “Caspian Energy İntegration Award-2008” beynəlxalq mükafatına layiq görülmüşdürlər. “Caspian Energy İntegration Award” mükafatı müxtəlif ölkələrin şirkətlərini öz ətrafında birləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən təsis edilib.
“Azersun Holding” Şirkətlər Qrupu da «İstehsal etdiyi məhsulların yüksək keyfiyyətinə görə», “Caspian Energy İntegration Award-2008” mükafatına layiq görüldü.
Mükafat, Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov tərəfindən təqdim olundu. “Azersun Holding” Şirkətlər Qrupun yüksək standartlara cavab verən məhsullarının daim uğurlara imza atdığını qeyd edən Ramiz Həsənov, Moskva MDB İcraiyyə Komitəsi tərəfindən “Azersun Holding”ə təqdim olunan ali mükafatın da bunun göstəricisi olduğunu vurğuladı.
| [Əvvəlki] | [Sonrakı] |

