Azersundan xəbərlər
MÜHARİBƏ VETERANLARI UNUDULMADI
13 mart, 2008
Odlu-alovlu müharibə illərində böyük fədakarlıqlar göstərmiş və Gəncə şəhərində yaşayan veteranlarımıza “Azersun Holding” Şirkətlər Qrupu tərəfindən ərzaq yardımı verildi.
“Azersun Holding” Şirkətlər Qrupu yalnız istehsal etdiyi məhsullarla deyil, həm də həyata keçirdiyi sosial və humanitar fəaliyyətlərilə daima diqqət mərkəzindədir. Mühüm günlərdə təşkil olunmuş tədbirlərlə yanaşı, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan insanların qeydinə qalan şirkətlər qrupu bu dəfə müharibə veteranlarını sevindirdi.
2008-ci il mart ayının 13-də Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranlar Şurası Gəncə şəhər təşkilatının üzvü olan veteranlara “Azersun Holding” Şirkətlər Qrupu tərəfindən ərzaq yardımları göstərildi.
Müharibənin odlu-alovlu günləri Vətən uğrunda öz həyatlarını təhlükəyə ataraq gələcək nəslin firavan həyat sürməsi naminə böyük fədakarlıq göstərmiş veteranlara qayğı ilə yanaşmaq hər bir vətəndaşın borcudur. Ön və arxa cəbhədə gecə-gündüz vuruşmuş və çalışmış bu insanlar müharibənin canlı tarixləridir.
Şirkətlər qrupu tərəfindən veteranlara göstərilən bu qayğı və diqqət Gəncə şəhər ictimaiyyətinin diqqətini cəlb etmiş və təqdirlə qarşılanmışdır.
| [Əvvəlki] | [Sonrakı] |

