Azersundan xəbərlər
2007-Cİ İLİN MARKASI "BİZİM TARLA" OLDU
2 aprel, 2008
“Azersun Holding” Şirkətlər Qrupuna məxsus olan “Bizim Tarla” markası “İlin Markası” nominasiyasında “Uğur-2007” mükafatına layiq görüldü.
İstehsal etdiyi məhsulların keyfiyyətini günü-gündən yüksəldən və məhsul çeşidini artıran “Azersun Holding” Şirkətlər Qrupu, öz fəaliyyətilə daha böyük uğurlar əldə etməkdədir. Buna nümunə olaraq müxtəlif məhsul çeşidləri ilə istehlakçıların rəğbətini qazanan “Qafqaz Konserv Zavodu”nun, artıq markaya çevrilmiş məhsullarını göstərmək olar.
“Bizim Tarla” markalı bu konserv məhsullarının içərisində tomat pastaları, mürəbbələr, müxtəlif çeşiddə turşular istehsal olunur. İnsanların zövqünü oxşayan bu markanın 2007-ci ilin markası adına layiq görülməsi isə onu göstərir ki, istehsal edilən məhsullar ən yüksək standartlara cavab verir.
Belə ki, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş konserv zavodunun istehsal etdiyi məhsullar get-gedə daha da təkmilləşməkdədir. Nəticədə isə “Bizim Tarla” markası ilə bazara çıxarılan konserv məhsulları, özünün keyfiyyəti ilə qısa müddət ərzində istehlakçı rəğbəti qazanmışdır.
Beləliklə, 2008-ci il fevralın 16-da, “Gülüstan” sarayında “Uğur-2007” mükafatının təqdimetmə mərasimi təşkil olundu. Və “Azersun Holding” Şirkətlər Qrupuna məxsus olan “Bizim Tarla” markası, “İlin Markası” nominasiyasında “Uğur-2007” mükafatına layiq görüldü.
Mükafatın təqdim edildiyi “Qafqaz Konserv Zavodu”nun konserv məhsul müdiri Sənan Orucov, artıq bazarda hər məhsulun uğur qazanmadığını və yalnız markalaşan məhsulların satıldığını bildirdi.
“Hər marka bir məhsuldur, amma hər məhsul marka deyildir. Yalnız istehlakçı sədaqəti və dəyəri qazanan məhsullar marka ola bilər”, – deyən Sənan Orucov məqsədyönlü marketinq fəaliyyətləri nəticəsində yaradılan və bu gün istehlakçılar tərəfindən bəyənilən “Bizim Tarla” markasının bazarda öz yerini tutduğunu vurğuladı.
Qeyd etmək lazımdır ki, markanın mükafata layiq görülməsinin səbəbi, bazara buraxıldığı qısa müddət ərzində böyük istehlakçı kütləsinin rəğbət və sədaqətini qazanmağa müvəffəq olmasıdır. Və bunun nəticəsi olaraq, 2007-ci ildə bazara eyni marka ilə müxtəlif çeşiddə turşular, kompotlar, mürəbbələr, ikra, leço, yaşıl noxud və tomat pastası təqdim edilməyə başladı. Eyni zamanda “Bizim Tarla” məhsulları, “Azərbaycan məhsulu” adı ilə dünyanın bir çox ölkələrinə ixrac edilir. Markanın “Uğur-2007” mükafatına layiq görülməsi isə onu hər bir azərbaycanlının qürurla “yerli məhsul” deyə istehlak edə biləcəyi bir marka edir.
Qeyd etmək lazımdır ki, “Bizim Tarla” məhsulları “Azersun Holding”in tərkibinə daxil olan “Qafqaz Konserv Zavodu” və “Lənkəran Konserv Zavodu”nda istehsal olunur.
Azərbaycanda ilk dəfə olaraq, məhz “Bizim Tarla” markası ilə yerli, təzə yaşıl noxuddan konserv istehsal edilərək istehlakçıların ixtiyarına verilmişdir. Belə ki, “Azersun Holding” Şirkətlər Qrupunun təşəbbüsü ilə Beyləqanın əkin sahələrində konserv hazırlanması üçün yaşıl noxudun becərilməsi, Azərbaycanda hələ tətbiq edilməmişdi.
2007-ci ilin aprel ayından etibarən “regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində, Beyləqanda yerləşən 152 hektarlıq ərazidə holdinq mütəxəssislərinin nəzarəti altında yaşıl noxudun əkini başlanılmışdı. Yaşıl noxudun becərilməsi və eyni zamanda istehsalına başlanması ilə əlaqədar olaraq Beyləqan və Xaçmaz rayonlarında 160 nəfərə yaxın insan işlə təmin edilmişdir. Bu və bu kimi digər amillər isə markanı, həm də iqtisadi cəhətdən çox dəyərli etmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

