Azersundan xəbərlər

MÖVLANA CƏLALƏDDİN RUMİNİN 800 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYA VƏ MUĞAM GECƏSİ KEÇİRİLMİŞDİR

20 fevral, 2008

“Azersun Holding”in Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının nəticəsində daha bir ilkə imza atıldı. Mövlana qəzəllərinin muğamla ifa ahəngi muğamın zənginliyini daha da artırdı.

19 fevral tarixində, “Azersun Holding” Mədəniyyət Mərkəzində, Mövlana Cəlaləddin Ruminin 800 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya və muğam gecəsi keçirilmişdir.

Tədbirdə Mövlanənin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş, Milli Elmlər Akademiyasının əməkdaşı Hafiz Abıyev, Mövlana fəlsəfəsi, əsərlərindəki ilahi eşq anlayışından geniş bəhs etdi.

İlk dəfə olaraq, Mövlanə Cəlaləddin Ruminin əsərləri, ustad xanəndə Ağakərim Nafizin ifasında, muğamın müşayiəti ilə ifa olundu. Bununla yanaşı muğam müsabiqəsi iştirakçılarından Xəyalə Abdullayevanın, Vasif Nuriyevin və Natiq Nuruşovun ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

Tədbirin sonunda çıxış edən “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal:- “Mövlanə Cəlaləddin Rumini oxuduqda, bir insanın qiymətinin digər insana verdiyi qiymət qədər, bir millətin qiymətinin digər millətlərə verdiyi qiymət qədər olduğu meydana çıxır”.- Fikrini ifadə edərək, Mövlanənin dünyadakı islama baxışı, tanrı sevgisi qazanaraq mütləqi-müqəddəsə qovuşma və ruhun təzələnməsindəki fəlsəfəsindən ətraflı bəhs etdi.

Çıxışının sonunda, Mövlana əsərlərinin muğamla ahənginin son dərəcə dərin cazibəsinin olduğunu vurğuladı.

[Əvvəlki] [Sonrakı]