Azersundan xəbərlər

Azərbaycan Aşpazları və Marqarin Dünyası

8 fevral, 2008



“Yağların hazırlanması, onlara nəzarət sistemləri ən son elmi texniki nailiyyətlərə əsaslanır. Fabrik həm də çox gözəl bir məktəbdir.”: Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bu sözləri yerli istehsalı daim diqqət mərkəzində saxlayan “Azersun Holding” Şirkətlər Qrupunun daha bir yerli məhsulun geniş tanıdılması istiqamətində göstərdiyi təşəbbüs zamanı vurğuladı.

Bu təşəbbüs isə istehsal prosesinə qonaqların dəvətindən ibarət oldu. Belə ki, 06.02.2008 tarixində ölkədə fəaliyyət göstərən “Əlvan”, “Tam”, “Çudo Peçka”, “Sultan”, “Pizza İnn”, “İncə”, “Lakomka”, “Ləzzət” və s. kimi aparıcı şirniyyat evləri, restoranlar, şirniyyat fabriklərinin nümayəndələri və Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun iştirakı ilə “Azersun Holding” Şirkətlər Qrupunda “Azərbaycan Aşpazları və Marqarin Dünyası” adlı tədbir keçirildi. Əsas məqsədi marqarin yağlarının şirniyyat hazırlanmasında əvəzsiz olduğunun diqqətə çatdırılması olan tədbir, iştirakçıların Azersun Holding Şirkətlər Qrupu haqqında qısa filmi izləməsi ilə başlandı. Marqarin istehsal prosesi ilə daha yaxından, əyani şəkildə tanışlıq üçün isə qonaqlar şirkətlər qrupuna daxil olan “Bakı Yağ və Qida Sənaye” ASC‐nin marqarin istehsal xəttinə sınaq laboratoriyalarına dəvət edilərək mütəxəssislər tərəfindən Final marqarin yağı ilə hazırlanmış xüsusi yeməklərə qonaq edildilər.

Tədbir boyunca qonaqlar Azərbaycan istehsalı olan Final marqarin yağının tərkibinin xalis bitki yağları, süd və sudan ibarət olması, yağı tərkibində heç bir əlavə maddənin olmamasına bir daha əmin olaraq onları maraqlandıran suallara ətraflı cavab aldılar. Tədbirin sonunda qonaqlar xatirə fotoşəkili çəkdirərək, xatirə kitabçasına ürək sözləri və arzularını qeyd etdilər.

Qeyd edək ki, “Azersun Holding” Şirkətlər Qrupuna daxil olan müəssisələrdə hər zaman “istehsalatda şəffaflıq” prinsipinə əməl edilmişdir. Bu müəssisələrə müxtəlif zamanda media mənsubları, tələbələr və müxtəlif mütəxəssislər təşrif buyuraraq onları maraqlandıran proseslə yaxından tanış olmuşlar.

[Əvvəlki] [Sonrakı]