Azersundan xəbərlər
PREZİDENT İLHAM ƏLİYEVIN İŞTİRAKI İLƏ QAZAX KONSERV ZAVODU İSTİFADƏYƏ VERİLDİ
12 aprel 2012
Aprelin 12-də "Azərsun Holdinq"ə məxsus Qazax konserv zavodunun açılışı oldu. Açılış ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə baş tutdu. Prezident İlham Əliyev müəssisəni işə saldı və istehsal prosesini izlədi. "Azərsun Holdinq"in idarə heyətinin sədri Abdolbari Goozal müəssisə barədə ətraflı məlumat verdi.
İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş meyvə, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulmuşdur. İkinci mərhələdə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 3 min ton turşu və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınması planlaşdırılır. Bu istehsal xətti Qafqazda yeganə olmaqla, tam yetişdirilən meyvə və tərəvəzləri tez dondurmaqla uzun müddət saxlamağa və ilin istənilən fəslində istifadəyə hazır vəziyyətdə istehlakçıya təqdim etməyə imkan verəcəkdir.
İstehsal olunacaq konserv məhsulları və dondurulan meyvələr daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcəkdir. Xammal bazası yerli istehsalla yanaşı, Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı bölgələrindən də tədarük olunur. Bu isə öz növbəsində qonşu ölkədə yaşayan həmvətənlərimizin işlə təmin edilməsinə və maddi rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir.
Prezident İlham Əliyev zavodun işçiləri ilə söhbət etdi, müəssisə ilə tanışlıqdan sonra kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.
| [Əvvəlki] | [Sonrakı] |

