Azersundan xəbərlər

"AZƏRSUN HOLDİNQ"DƏN BALACALARA NOVRUZ SOVQATI

19 mart 2012

Hər zaman olduğu kimi bu il də şirkətlər qrupu bayramda balacalara bolluca bayram sevinci bəxş etdi. Şirkətlər qrupunun mədəniyyət mərkəzində holdinq əməkdaşlarının övladları üçün bayram proqramı hazırlandı.

1500-dən çox uşaq üçün təşkil olunmuş bayram şənliyi rəngarəngliyi ilə də seçilirdi. Uşaq teatrının körpələr üçün hazırladığı nağıl-tamaşanın biri-birindən maraqlı personajları balacaları xeyli əyləndirdi. Kosa, Keçəl, Bahar qızı ilə balacalar musiqi sədaları altında xeyli rəqs edib əyləndilər. Sonra isə "Qoğal" nağılının qəhrəmanlarının iştirakı ilə hazırlanan tamaşanı böyük maraqla izlədilər.

Tamaşanın sonunda balacalara bayram sovqatı paylandı.


[Əvvəlki] [Sonrakı]