Azersun xƏbƏrlƏrİ
TRT-NIN "PUSULA" PROQRAMI "AZƏRSUN HOLDINQ"IN QONAĞI OLDU
21 Yanvar 2011
Türkiyənin nüfuzlu televiziya proqramlarından biri olan “Pusula” (kompas) verilişi Azərbaycan və onun dinamik inkişafı ilə bağlı proqram hazırlamaq üçün ölkəyə təşrif buyurmuşdur.
Azərbaycanın iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu olan “Azərsun Holdinq”in fəaliyyəti ilə bağlı süjet hazırlamaq istəyən “Pusula” proqramı şirkətlər qrupunun da qonağı oldular.
Türkiyənin TRT telekanalının “Pusula” proqramının əməkdaşlarını qəbul edən “Azərsun Holdinq”in baş direktoru Ahmet Yeman, şirkətlər qrupunun keçdiyi inkişaf yolu barədə geniş şəkildə bəhs etdi. Bununla yanaşı şirkətlər qrupunun istehsal sahəsi olmasına baxmayaraq sosial fəaliyyətlərə də üstünlük verərək bununla bağlı bir sıra təqdirəlayiq addımlar atdığını da vurğulamışdır.
| [Əvvəlki] | [Sonrakı] |

