Azersun xƏbƏrlƏrİ
20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD EDİLDİ
19 Yanvar 2011
Şirkətlər qrupu 20 Yanvar şəhidlərinin ölməz xatirəsini yad etmək üçün silsilə tədbirlər həyata keçirdi. Yanvar ayının 19-da "Azərsun Holdinq"in idarə heyətinin sədri Abdolbari Goozal və rəhbər heyət üzvləri Şəhidlər Xiyabanını ziyarət etdilər. Burada uyuyan şəhidlərin məzarı üstə tər çiçəklər, şəhidlərimizin əziz xatirəsinə ucaldılan əbədi məşəl kompleksinə isə çələng qoyuldu, vətənin azadlığı uğrunda həlak olanların xatirəsini ehtiramla yad edildi.
Sonra isə 1918-ci ildə qardaş ölkə Türkiyədən gəlib Azərbaycan torpaqlarında şəhid olan türk əsgərlərinin də məzarı ziyarət olundu. Burada onların xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin önünə çiçək qoyan Abdolbari Goozal onlara da Allahdan rəhmət dilədi.
Ziyarətdən sonra isə “Azərsun Holdinq”in mədəniyyət mərkəzində 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirildi. Hazırlanan tədbirin rəsmi hissəsində ilk olaraq Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri və Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova söz verildi. Bayram Səfərov törədilən bu amansız hadisə ilə bağlı fikirlərini söylədi. Sonra isə söz Azərsun Holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayevə verildi. Kazım Babayev də öz çıxışında 20 Yanvar hadisəsi ilə bağlı fikirlərini dilə gətirdi.
Sonra isə tədbirin bədii hissəsi başlandı. Bədii hissədə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən hazırlanmış 20 Yanvar şəhidləri və həmin hadisələrə həsr olunan “Yanvarın 20-ci günü” adlı kompozisiya nümayiş etdirildi.
| [Əvvəlki] | [Sonrakı] |

