Azersun xƏbƏrlƏrİ

ŞİRKƏTLƏR QRUPU – ETİBARLILIQ LİDERDİR!

15 dekabr 2011

14 dekabr tarixində "Buta Palas"da "Azeri Business Award" milli mükafatının təqdimetmə mərasimi keçirildi. Mərasimdə 2011-ci ilin yekun nəticələrinə görə biznes sahəsində nailiyyət əldə etmiş şirkətlərə təqdim olundu.

Artıq 3-cü ildir ki, ənənəvi olaraq təşkil olunan milli mükafat bu il 37 nominanta təqdim edildi. Təqdimetmə mərasimində bir sıra qabaqcıl şirkətlərlə yanaşı "Azərsun Holdinq" də vardı.

Bilindiyi kimi, Azərbaycana qoyduğu sərmayə ilə dinamik şəkildə inkişaf edən şirkətlər qrupu 2011-ci ildə də böyük nailiyyətlər əldə etmişdir. Buna görə də, "Azərsun Holdinq" "Artım dinamikası və etibarlılıq lideri" nominasiyasında "Azersi Business Award" milli mükafatına layiq görüldü.

 

Mükafat “Azərsun Holdinq”in idarə heyətinin üzvü Ahmet Yemana təqdim olundu.

 

 


[Əvvəlki] [Sonrakı]