Azersundan xƏbƏrlƏr
"AZƏRSUN HOLDİNQ" TALASSEMİYALI KÖRPƏLƏRƏ YARDIM MƏQSƏDİLƏ QANVERMƏ AKSİYASI KEÇİRDİ.
31 may 2011
Ənənəvi olaraq bu il, də "Azərsun Holdinq", talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirdi. Aksiyaya "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən müəssisələrin əməkdaşları qatılmışdı. Aksiyada iştirak edən və ilk qan verən "Azərsun Holdinq"in idarə heyətinin sədri cənab Abdolbari Goozal aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin artıq ənənəyə çevrildiyini vurğuladı.
Qanvermə zamanı qanverən şəxslərə tibbi xidmət göstərilmiş və donor qanları Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilmişdir. Qeyd edək ki, qanvermə aksiyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaqdır.
Artıq 5 ildir ki, "Azərsun Holdinq" belə bir aksiya keçirir. Bu günə qədər Azərsun Holdinq əməkdaşları tərəfindən 1000 litrdən artıq qan, mərkəzi qan bankına hədiyyə edilmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

