Azersundan xƏbƏrlƏr

AZƏRSUN HOLDİNQ KUBAN DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALADI.

26 may 2011

Kuban Dövlət Aqrar Universiteti ilə Azərsun Holdinq arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memoranduma əsasən Azərsun Holdinq və universitet kənd təsərrüfatı sahəsində əldə etdikləri təcrübi biliklərin, elmi yeniliklərin tətbiq olunması istiqamətində əməkdaşlıq edəcəkdir. Qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün birgə elmi araşdırma layihələri həyata keçiriləcəkdir. 

 Bu məqsədlə təşkil olunmuş təntənəli mərasimdə Krasnodar vilayətinin vitse-qubernatoru Yevgeniy Qromıko, Kuban Dövlət Aqrar Universitetinin rektoru Aleksandr Trubilin, elm ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxış edən “Azərsun Holdinq”in İdarə Heyəti sədri Abdolbari Goozal bu kimi layihələrin Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin daha da genişlənməsinə töhfə olduğunu bildirmişdir.

Qeyd etmişdir ki, Azərbaycan şirkətlərinin imkanlarının genişlənərək müxtəlif ölkələrə sərməyə qoymasını, ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olmaqdadır. Tədbirdə “Azərsun Holdinq”in İdarə Heyəti sədri Abdolbari Goozala Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru adı verilmişdir.


[Əvvəlki] [Sonrakı]