Azersundan xƏbƏrlƏr

"AZƏRSUN HOLDİNQ" ULU ÖNDƏRİ 88 İLLİYİNDƏ DƏRİN EHTİRAMLA YAD ETDİ

9 may 2011

Dahi rəhbər və böyük şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi "Azərsun Holdinq" tərəfindən dərin ehtiramla yad edildi.

 “Azərsun Holdinq” rəhbərliyi Azərbaycan xalqının Böyük oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-cı ildönümünü qeyd etmişdir. Başda idarə heyətinin sədri Abdolbari Goozal bəy olmaqla holdinqin kollektivi, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə tər çiçəklər və əklil qoyaraq dahi rəhbərin xatirəsini bir daha yad etmişdir.

Daha sonra ulu öndərin həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edən “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal ümummilli liderin Azərbaycan dövlətinin inkişafı və xalqın rifahı naminə əvəzsiz xidmətlərindən danışmışdır.

Daha sonra Azərsun Holdinqin kollektivi 9 may faşizm üzərində qələbə günü münasibətilə Sovet ittifaqı qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət etmiş, abidə önünə əklil qoymuşdur.


[Əvvəlki] [Sonrakı]