Azersundan xƏbƏrlƏr

PREZIDENT İLHAM ƏLİYEV "AZERSUN HOLDING"IN İMIŞLİDƏKI MÜƏSSISƏLƏRINI ZİYARƏT ETDİ.

5 may 2011

Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində “Azərsun Holding”ə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” nəzdindəki müəssisələri ilə tanış olmuş, “Green land yem fabriki”nin açılışında, “İmişli kəllə qənd zavodu”nun təməlqoyma mərasimində iştirak etmişdir. 

 Dövlət başçısı əvvəlcə “Green Land yem fabriki”nin açılışında iştirak etdi. Müəssisə ilə tanış olan Prezident İlham Əliyevə bildirildi ki, fabrik kompüter idarəetmə mərkəzindən idarə olunur və prosesə insan müdaxiləsi yoxdur.

Dövlət başçısı bitki yağları fabriki ilə də tanış oldu. Prezident İlham Əliyev fabrikdə istehsal prosesini izlədi. Müəssisədə Azərbaycanda ən böyük üç saxlama anbarı yaradılmışdır. Prezident İlham Əliyev küspə qurutma sahəsi ilə tanış oldu. 

Daha sonra dövlət başçısı kəllə qənd zavodunun təməlqoyma mərasimində də iştirak etdi. 
Zavodun sxemi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisənin tikintisi üçün 7,5 hektar torpaq sahəsi ayrılmışdır. İllik istehsal gücü 60 min ton olan müəssisədə müxtəlif çeşiddə kəllə qənd hazırlanacaqdır. Zavod işə düşdükdən sonra 220 nəfər işlə təmin olunacaqdır. Dövlətimizin başçısı gilizi təmələ buraxdı və beton qarışığı tökdü. 

Azərbaycan Prezident İlham Əliyev Azersun Holding kollektivi ilə görüşərək, onları təbrik etdi və gələcək işlərində uğurlar arzuladı.

[Əvvəlki] [Sonrakı]