Azersundan xƏbƏrlƏr

31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ "AZƏRSUN HOLDİINQ" TƏRƏFİNDƏN YAD EDİLDİ

31 mart 2011

Şirkətlər qrupu 31 Mart hadisələrinin qurbanlarının xatirəsini əziz tutaraq bununla bağlı Quba məzarlığını ziyarət etmiş və həmçinin "Bura Vətəndir" aksiyası çərçivəsində tədbir keçirmişdir.

1918-ci ildə ermənilərin dinc azərbaycanlılara qarşı apardığı amansız kütləvi qırğın, 31 Mart qurbanlarının əziz xatirəsi respublikada dərin ehtiramla yad edilmişdir.

 “Azərsun Holdinq” də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar soyqırım qurbanlarının əziz xatirəsini yad etmək üçün Qubadakı məzarlığı ziyarət etmişdir. Anım mərasiminə şirkətlər qrupunun müəssislərindən olan “Qafqaz Konserv Zavodu”nun əməkdaşları və holdinqin Quba nümayəndəliyinin kollektivi qatılmışdır.

Eyni zamanda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı “Bura Vətəndir” aksiyası çərçivəsində Sumqayıt Dövlət Universitetində tədbir keçirmişdir. Universitetin müəllim və tələbə kollektivinin iştirak etdiyi bu tədbirdə soyqırımla bağlı bir sıra çıxışlar olmuş, daha sonra isə müharibə mövzusunda tamaşa nümayiş etdirilmişdir.

Tədbirdə ilk olaraq universitetin rektoru Nadir Qəhrəmanov, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov və Şuşa Dövlət Musiqili Dram Teatrının təşkilati işlər üzrə direktor müavini Enurə Abdullayeva çıxış etmişlər. Çıxışlarda erməni qəsbkarlarının törətdiyi hərəkətlər qəti şəkildə pislənmişdir.

Tədbirin ikinci hissəsində isə Enurə Abdullayevanın “Ağ qayıq” əsərinə səhnələşdirilmiş eyni adlı tamaşa nümayiş edirilmişdir.

[Əvvəlki] [Sonrakı]