Azersundan xƏbƏrlƏr
AZƏRBAYCANIN ÇAY MƏDƏNİYYƏTİ BELARUS TELEKANALINDA
25 mart 2011
Belarusun mərkəzi televiziya kanalı "Azərsun Holdinq"in qonağı oldu.
Ötən ay Azərbaycanın milli-mədəni tarixi və ənənələri haqqında süjet hazırlamaq üçün Bakıya gələn Belarusun mərkəzi televiziya kanalı ölkəmizin çay adət-ənənəsinin çəkilişi üçün "Azərsun Holdinq"in qonağı oldu.
Televiziya əməkdaşları ilk olaraq holdinqlə tanış oldular. Tanışlıqdan sonra çəkiliş qrupu Araşdırma və İnkişaf Departamentinin çay məhsulları üzrə laboratoriyasında çay məhsulları mütəxəssisi və müşaviri Sədaqət Yusifovdan müsahibə aldılar.
Sədaqət Yusifov istehsal olunan çayların müxtəlif çeşidləri və növləri haqqında televiziya işçilərinə ətraflı məlumat verdi. Azərbaycan çaylarının yerli və xarici bazarlara çıxarılması ilə bağlı məlumatlar isə Eksport Marketinq müdiri İlkin Ağayev tərəfindən açıqlandı.
Çəkiliş qrupu sonra “Sun Tea” çay paketləmə fabrikinə yollandı. Onlar fabrikin istehsalat sahəsi və çay dequstasiyası laboratoriyası ilə tanış oldular.
“Sun Tea” fabrikində televiziya əməkdaşlarına müsahibə verən Keyfiyyətə Nəzarət və Market Analiz şöbəsinin müdiri Nuriyyə Rəhmanova çay istehsalı və emalı ilə bağlı məqamlara toxundu.
Belarus televiziyasının növbəti müsahibi “Sun Tea” çay fabrikinin müdiri Peyman Namakfrouz oldu. Peyman Namakfrouz televiziya jurnalistlərinə fabrikin fəaliyyətindən və istehsaldan bəhs etdi.
Son olaraq idarə heyətinin üzvü Zöhrə Xəlilzaddan müsahibə alan Belarusun televiziya işçiləri Azərbaycanın qədim çay mədəniyyəti ilə bağlı suallarına ətraflı şəkildə cavab aldılar.
Zöhrə Xəlilzad
Azərbaycanın özünəməxsus qədim çay mədəniyyətinin olduğunu, çay süfrəmizin öz mədəniyyət fərqliliyi və zənginliyi ilə seçildiyini vurğuladı.
| [Əvvəlki] | [Sonrakı] |

