Azersundan xƏbƏrlƏr
"AZƏRSUN HOLDİNQ" AZƏRBAYCANDA 1 NÖMRƏLİ "KORPORATIV BREND" NOMİNASIYASINA LAYİQ GÖRÜLDÜ
16 mart 2011
Bakıda 3-cü "Brand Award Azerbaijan-2010"milli mükafatının təqdim etmə mərasimi keçirildi.
Azərbaycanda İlin 1 nömrəli Brendi ilə bağlı internet üzərindən həyata keçirilən səsvermə başa çatmışdır. Müxtəlif nominasiyalar üzrə qaliblərin seçilməsində aparılan internet-sorğu 24 may 2010-cu il tarixindən başlayaraq 24 fevral 2011-ci il tarixinə qədər davam etmişdir.
"Brand Award Azerbaijan-2010" milli mükafatının təqdimat mərasimində çıxış edən Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) prezidenti və icraçı baş direktoru Telman Əliyev internetdə keçirilən səsvermənin şərtləri haqqında məlumat verdi.
Ölkə iqtisadiyyatının inkişafında və insanların rifah halının yüksəlməsində öz dəstəyini əsirgəməyən “Azərsun Holdinq” də mükafata layiq görülmüşdür. Məlumdur ki, qeyri-neft sektorunda bir sıra islahatlar həyata keçirən şirkətlər qrupu kənd təsərrüfatı sahəsinin inkişafında mühim addımlar atmış və işsizlik probleminin azalmasında öz dəyərli töhfəsini vermişdir.
Beləliklə, “Brand Award Azerbaijan-2010” milli mükafatının yükun nəticələrinə görə “Azərsun Holdinq” Azərbaycanın 1 nömrəli “Korporativ Brend”i nominasiyasına layiq görülmüşdür.
Azərbaycanda 1 nömrəli “Ticarət və Əyləncə Mərkəzi” nominasiyası üzrə mükafatı isə “Park Bulvar” AVM qazanmışdır.
| [Əvvəlki] | [Sonrakı] |

