Azersundan xƏbƏrlƏr
“AZƏRSUN HOLDİNQ” AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNƏ DAHA BİR TÖHFƏ VERDİ
3 mart 2011
Azərbaycanın milli musiqi mədəniyyətinə hər zaman hörmətlə yanaşan və bu istiqamətdə görülən işləri dəstəkləyən "Azərsun Holdinq" fevral ayının 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Azərbaycan Bəstəkarlarının Antologiyası"nın təqdimat mərasimini reallaşdırdı.
Layihənin müəllifi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova idi. Dahi bəstəkar Üzeyir Hacıbəyovun əbədi xatirəsinə həsr olunan bu layihənin təqdimetmə mərasiminə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə yanaşı ictimai qurumların nümayəndələri, tanınmış bəstəkarlar, eləcə də musiqisevərlər dəvət olunmuşdular.
Qeyd edək ki, "Azərbaycan Bəstəkarlarının Antologiyası" 15 diskdən ibarət olub, 140-dan çox Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edən bir layihədir. Bu layihədə, həm Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin, həm həvəskar bəstəkarların, həm də müxtəlif müsabiqələrdə iştirak etmiş gənc bəstəkarların əsərləri yer almışdır. Demək olar ki, Azərbaycan musiqisinin klassiklərinin piano üçün yazılmış əsərləri adı çəkilən layihədə külliyyat şəklində toplanmışdır.
| [Əvvəlki] | [Sonrakı] |

