Azersundan xƏbƏrlƏr
"AZƏRSUN HOLDINQ" XOCALI FACİƏSINİN QURBANLARINI EHTİRAMLA YAD ETDİ
26 fevral 2011
Şirkətlər qrupu 26 Fevral Xocalıda ermənilər tərəfindən törədilən soyqırımın qurbanlarının anım mərasimi keçirildi.
Ölkədə və ölkə hüdudlarından kənarda Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra silsilə tədbirlər keçirilir. Təşkil olunan bu tədbirlər sırasında “Azərsun Holdinq”də öz növbəsində faciə qurbanlarının anım günü ilə bağlı mərasimlər təşkil etmişdir. Fevral ayının 25-də şirkətlər qrupunun mədəniyyət mərkəzində “Azərsun Holdinq”, Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə birgə “Ruhların Harayı” adlı anma mərasimi təşkil etmişdir. Tədbirə icma nümayəndələri, holdinq əməkdaşları, Xocalı icra hakimiyyətinin başçısı və nümayəndələri ilə yanaşı Xocalı və Şuşa şəhərinin məcburi qaçqın və köçkünləri, eləcə də Xocalı və Şuşa şəhərlərinin millət vəkili Flora Məmmədova də dəvət olunmuşdur.
Tədbirdə şirkətlər qrupunun idarə heyətinin sədri Abdolbari Goozal da iştirak etmişdir.
Xocalı faciəsinə həsr olunan bu tədbirdə ilk olaraq söz Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri və Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərova, daha sonra isə çıxış üçün söz Xocalı İcra Hakimiyyətinin başçısı Şahmar Usubova verildi. Çıxışçılar faciənin acı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı fikirlərini söylədilər.
Son olaraq söz şirkətlər qrupunun idarə heyətinin sədri Abdolbari Goozala verildi. İdarə heyətini sədri bu fikirlərini dilə gətirdi. “Ölkə başçısı cənab İlham Əliyevin əzmi və fəaliyyəti nəticəsində Azərbaycan dövləti gündən günə iqtisadi qüdrətini artırır, əlaqələrini genişləndirir. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar Xocalıda dinc insanların kütləvi şəkildə qətl edilməsini bildirir və bu qətliamın soyqırım kimi tanınması istiqamətində böyük işlər görürlər.
“Azərsun Holdinq” də bu faciənin dünyaya duyurulması üçün bir çox fəaliyyətləri həyata keçirib. Bu ötən illərdə şirkətimiz tərəfindən Xocalıya həsr olunmuş “Beynəlxalq anım filmləri” festivalı, Azərbaycan Mətbuat Şurası ilə birgə yazı müsabiqəsi, Şuşa teatrı ilə silsilə tədbirlər keçirilmişdir. Bizlər də haqqın yerini tutması naminə əlimizdən gələni əsirgəməməkdəyik. Və bu davam edəcəkdir.
Gün o gün olacaq ki, valideynlərini, əzizlərini, ev eşiyini itirmiş Xocalıların ümidləri doğrulacaq, müstəqil Azərbaycan Respublikası öz bütövlüyünü bərpa edəcək və həmişə hamı üçün əlçatmaz zirvə olaraq qalacaqdır. Mən tədbirə təşrif buyuran bütün qonaqlara təşəkkürümü bildirirəm, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.”
Çıxışlardan sonra Xocalı faciəsinə həsr olunmuş sənədli film və Şuşa Dövlət musiqili Dram Teatrının hazırladığı “Ruhların harayı” adlı kompozisiya nümayiş etdirildi.
26 fevral tarixində “Azərsun Holdinq”in rəhbər heyəti Xocalı faciəsini qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini də ziyarət etmişdir. Kollektiv abidənin önünə əklil qoyaraq şəhidlərin ölməz ruhunu ehtiramla yad etmişlər.
| [Əvvəlki] | [Sonrakı] |

