Azersundan xƏbƏrlƏr
"AZƏRSUN HOLDINQ" MİLLİ HÜZN GÜNÜNDƏ ŞƏHİDLƏRİMİZİ YAD ETDİ
19 yanvar 2011
20 Yanvar Milli Hüzn Günü ilə əlaqədar ölkədə və respublika hüdudlarından kənarda bir sıra silsilə tədbirlər həyata keçirildi. Bu günün xatirəsini əziz tutmaq məqsədilə "Azərsun Holdinq"in rəhbər heyəti Şəhidlə Xiyabanını ziyarət etdi.
Başda şirkətlər qrupunun idarə heyətinin sədri Abdolbari Goozal olmaqla holdinqin rəhbər heyəti 19 yanvar tarixində qanlı gecənin qurbanları olan və ən uca zirvəyə yüksələn şəhidlərimizin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdi. İdarə heyətinin sədri Abdolbari Goozal tər çiçəklərdən hazırlanmış çələngi əbədi məşəlin önünə qoyaraq şəhidlərimizin əziz ruhuna dualar oxudu.
Sonra isə 1918-ci ildə Azərbaycanda gedən amansız müharibədə qardaşlarına yardıma gələn və bu torpaqlarda şəhidlik zirvəsinə ucalan şanlı türk ordusunun əsgərlərinin xatirəsinə ucaldılmış abidənin də önünə idarə heyətinin sədri Abdolbari Goozal çiçək dəstəsi qoydu və onların da əziz ruhunu yad etdi.
| [Əvvəlki] | [Sonrakı] |

