Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” 2009-CU İLİN ƏN AKTİV XIDMƏTİNƏ GÖRƏ “PROQRESS” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ
22 may 2010
“Azərsun Holdinq” 2009-cu ildə Rusiya-Azərbaycan arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafında göstərdiyi aktiv xidmətə görə “Proqress” mükafatının qalibi elan olundu.
Artıq 3 ildir ki, ənənə halını alan və Rusiyanın Azərbaycandakı Səfirliyi və Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Rusiya İşgüzar Əməkdaşlıq Palatası tərəfindən 2009-cu ilin yekunlarına əsasən təşkil olunmuş “Proqress” mükafatının təqdimetmə mərasimi “Azərsun Holdinq”in baş sponsorluğu ilə keçirilmişdir.
Təşkil olunmuş tədbirdə ölkədə fəaliyyət göstərən bir sıra şirkətlər iştirak edirdi. Iştirakçılar arasında ölkənin qida sənayesində iqtisadi inkişafını dəstəkləyən “Azərsun Holdinq” də vardı.
Tədbirə baş sponsorluq edən şirkətlər qrupu 2009-cu ildə Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafındakı əvəzsizi xidmətinə görə mükafatla təltif olundu.
Mükafatlandırma zamanı ilk olaraq söz, Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vladimr Doroxinə verildi. V. Doroxin Azərbaycandakı şirkətlərin Rusiyadakı şirkətlərlə əməkdaşlığını müsbət qiymətləndirdiyini və bu əməkdaşlığın hər iki ölkə arasındakı iqtisadi inkişafını dəstəklədiyini söylədi.
Çıxışdan sonra “Proqress” mükafatının təqdimetmə mərasimi başlandı. “Azərsun Holdinq” 2009-cu ildə Rusiya-Azərbaycan arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafında göstərdiyi aktiv xidmətə görə “Proqress” mükafatının qalibi elan olundu. Mükafatı Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin şirkətlər qrupu adına İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayevə təqdim etmişdir.
Nəzərinizə çatdırırıq ki, Azərbaycanın daxili qida təhlükəsiziyini təmin edən “Azərsun Holdinq”, bir çox ölkələrə qida məhsullarını ixrac etməklə, həmin ölkələrin yüksək keyfiyyətli qida məhsulları ilə təmin olunmasına öz töhfəsini verməkdədir. Holdinq eksportunun əsas istiqamətlərindən biri də məhz Russiya Federasiyasıdır. Rusiya istehlakçısı artıq 10 ildən çoxdur ki, “Azərsun Holdinq”in məhsullarından yararlanır. “Azerçay” və “Maryam” çayları ilə yanaşı konserv məhsullarımız da rusiyalılar tərəfindən geniş şəkildə istehlak olunur.
| [Əvvəlki] | [Sonrakı] |

