Azersundan xəbərlər

“AZƏRSUN HOLDİNQ”DƏ TALASSEMİYALI KÖRPƏLƏRİ DƏSTƏKLƏMƏK ÜÇÜN QANVERMƏ KAMPANİYASI KEÇIRDİ

21 may 2010

21 may tarixində "Azərsun Holdinq"də talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirildi. Bu xeyriyyə kampaniyasına "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən bütün müəssisələrin 500-ə yaxın əməkdaşı iştirak etmişdir. Aksiyada iştirak edən "Azərsun Holdinq"in idarə heyətinin sədri cənab Abdolbari Goozal aksiyanın əhəmiyyətindən danışmış və bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulamışdır.
Daha sonra cənab Abdolbari Goozal çıxışı zamanı bu fikirləri dilə gətirmişdir: “Xeyirxah əməl etmək üçün həddindən artıq maddi imkan tələb olunmur. Gördüyünüz hər bir saleh əməl yaxşılıq etmək və kömək sayılır. Yolu qarşıya keçmək istəyən bir qocanın əlindən tutub yolu keçirmək belə xeyirxah əməl sayılır yetər ki, insan yaxşılıq etmək istəsin...
...Artıq ənənəyə çevrilmiş bu aksiyada hər il iştirak edənləri sayı artmaqdadır ki, bu da bizləri çox sevindirir. Qana ehtiyacı olanlar üçün bu çox əhəmiyyətli aksiyadır. Bu kimi, tədbirləri “Azərsun Holdinq” hər zaman dəstəkləyir və daim də dəstəkləyəcəkdir.”
Qeyd edək ki, qanvermə zamanı qanverən şəxslərə yüksək səviyyədə tibbi xidmət göstərilmiş və donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına təhvil verilmişdir. Qeyd edək ki, qanvermə kampaniyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaqdır.
Artıq 4-cü ildir ki, "Azərsun Holdinq" belə bir aksiya keçirir.


[Əvvəlki] [Sonrakı]