Azersundan xəbərlər

“AZƏRSUN HOLDİNQ” MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞDÜ

9 may 2010

“Azərsun Holdinq” faşizm üzərində qələbənin 65 illik yubileyində müharibə veteranları ilə görüşdü

Sosial məsuliyyət çərçivəsində həyata keçirilən layihələrdə hər zaman öz aktivliyi ilə seçilən “Azərsun Holdinq” faşizm üzərində qələbənin 65 illik yubileyi günü 1941-1945-ci ildə Böyük Vətən Müharibəsi iştirakçılarını unutmadı.

Qələbənin qazanılmasında böyük rolu olan Azərbaycan xalqının qəhrəmanlıq göstərən övladlarına hər zaman qayğı ilə yanaşmaqdadır.
Şirkətlər qrupu böyük vətən müharibəsi iştirakçılarına, əlillərinə və veteranlarına qələbə günündə hədiyyələr təqdim etmişdir.
Qeyd edək şirkətlər qrupu Respublika Veteranlar Şurasının üzvlərinə, Leninqrad blakadaçıları olmaqla 140 nəfərə hədiyyə paketi təqdim etmişdir.


[Əvvəlki] [Sonrakı]