Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” DAHİ RƏHBƏRİIN 87-Cİ İL DÖNÜMÜNÜ QEYD ETDİ
8 may 2010
“Azərsun Holdinq” kollektivi hər il olduğu kimi bu il də dahi rəhbərin əziz xatirəsini yad etmişdir.
Dahi rəhbər ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü ilə əlaqədar ölkədə bir sıra tədbirlər təşkil olunmuşdur.
“Azərsun Holdinq” də hər il olduğu kimi bu il də dahi rəhbərin əziz xatirəsini yad etmişdir.
Şirkətlər qrupunun idarə heyətinin sədri cənab Abdolbari Goozal və holdinq kollektivi ulu öndər, ümummilli lider Heydər Əliyevi yad etmək üçün Fəxri Xiyabana yollandı.
Burada holdinq kollektivi ulu öndərin məzarına əklil və tər çiçəklər qoyaraq ümummilli liderin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra isə “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal, ulu öndərin həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək buraya tər çiçəklər qoymuşdur.
Holdinq kollektivi qarşısında qısaca çıxış edən cənab Abdolbari Goozal dahi rəhbərin Azərbaycan xalqına böyük və əvəzsiz xidmətləri olduğunu dilə gətirmiş, uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlıq bərqərar olmuş və rifah halının gedərək daha da yüksəldiyini söyləmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

