Azersundan xəbərlər
“BURA VƏTƏNDİR” AKSİYASI ŞUŞANIN İŞĞAL GÜNÜ ŞİMAL BÖLGƏSİNDƏ
7 may 2010
Şuşanın işğalı günü Şimal bölgəsində “Bura vətəndir” aksiyası ilə səfərdə olan Şuşa Musiqili Dram Teatrı “Ağ qayıq” tamaşasını nümayiş etdirmişdir.
“Azərsun Holdinq” və Qarabağın Azərbaycanlı icması ilə birgə həyata keçirilən “Bura vətəndir” adlı aksiya Şuşanın işğalı günü ilə əlaqədar Quba, Qusar və Xaçmaz bölgələrində davam etdirildi.
02-07 tarixlərində Quba, Qusar və Xaçmaz rayonlarında 8 may Şuşanın işğal günü ilə əlaqədar “Bura vətəndir” aksiyası ilə qastrol səfərində olan teatr kollektivi burada teatrın truppa rəhbəri Enurə xanım Abdullayevanın “Ağ qayıq” əsərini nümayiş etdirmişdir.
Tamaşaya “Qafqaz Konserv Zavodu”nun kollektivi də dəvət olunmuşdu. Aksiya çərçivəsində nümayiş etdirilən tamaşanı mindən çox tamaşaçı kütləsi izləmişdir.
“Azərsun Holdinq”, teatr kollektivini qastrol boyunca dəstəkləmişdir. Teatr kollektivi Xaçmaz rayonunda şəhidlər xiyabanını ziyarət etmiş Qarabağ şəhidlərinin abidəsi önünə əklil qoymuşlar.
| [Əvvəlki] | [Sonrakı] |

