Azersundan xəbərlər

“NATURAL GREEN LAND” KƏND TƏSƏRRÜFATI KOMPLEKSİ VƏ KONSERV ZAVODUNUN AÇILIŞI OLDU.

30 aprel 2010

2010-cu il 29 aprel 2010 il tarixində Biləsuvarda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Natural Green Land” Kənd Təsərrüfatı kompleksi və Konserv zavodunun açılışı oldu.

İlk olaraq Dövlət başçısı İlham Əliyev və “Azərsun Holdinq” Prezidenti Abdolbari Goozal
açılışı bildirən qırmızı lenti kəsdilər. Prezident İlham Əliyev zavod ilə ətraflı tanış oldu, istehsal xətlərinin iş prosesini izlədi. Zavodun potensialı və istehsal olunacaq məhsullar barədə Prezident İlham Əliyevə məlumat verildi. Dövlət başçısı əkin sahələri, kənd təsərrüfatı texniki parkı və ərazidə aparılan meliorasiya və rekultivasiya işlərinə həsr olunmuş stendlərə baxdı.

Daha sonra Prezident İlham Əliyev şirkət işçiləri qarşısında çıxış edərək, görülən işləri yüksək qiymətləndirdiyini bildirib, “Azərsun Holdinq”ın hər bir layihəsinin ölkə üçün bir yenilik olduğunu və hər bir müəssisənin uğurlu olduğunu vurğulamışdır:

“...Mən zavodun işinə çox yüksək qiymət verirəm....Mən şübhə etmirəm ki, zavodun fəaliyyəti uğurlu olacaqdır. “Azərsun Holdinq”in bu günə qədər gördüyü işlər, onların hamısı uğurlu olmuşdur. Azərbaycanın hərtərəfli inkişafı üçün böyük investisiyalar qoyulmuşdur. Bu gün zavoda daxil olarkən, asılan fotoşəkillərə baxarkən bir daha o əvvəlki illərdə iştirak etdiyim açılışları xatırladım. İmişli şəkər zavodunun tikintisi demək olar ki, Azərbaycanda yeni sənayenin başlanmasına gətirib çıxardı. Bu gün biz artıq nəinki şəkəri idxal etmirik, ixrac edirik. Xaçmaz rayonunda 2003-cü ildə, deyə bilərəm ki, bu sahədə birinci böyük müasir müəssisə yaradılmışdır – Qafqaz Konserv Zavodu...”

Sonda “Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdolbari Goozal çıxış etmiş, Dövlət Başçısına gəlişinə görə təşəkkür etmişdir:
Möhtərəm cənab Prezident! Bu ağır hava şəraitində zəhmət çəkib təşrif buyurduğunuza görə “Azərsun Holdinq”in kollektivi adından, öz adımdan Sizə təşəkkürümü bildirirəm... .
 ...Cənab Prezident, biz bu torpağı ekoloji təmiz əraziyə çevirəcək, kimyanı bu ərazidən çıxaracağıq. Burada ekoloji təmiz məhsul emalı ilə Azərbaycana imic, nüfuz, Azərbaycan xalqına isə sağlamlıq bəxş edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm. Zəhmət çəkib bizə bu ruhu, bu gücü verdiyinizə görə Sizə kollektivimizin adından minnətdarlığımı bildirirəm.”


[Əvvəlki] [Sonrakı]