Azersundan xəbərlər

“AZƏRBAYCANDA PƏRAKƏNDƏ SATIŞ – REALLIQLAR VƏ BEYNƏLXALQ TƏCRÜBƏ” MÖVZUSUNDA KONFRANS KEÇ İRİLMİŞDİR.

18 yanvar 2010

“Azərsun Holdinq”in təşəbbüsü və maliyyə dəstəyi ilə “Azərbaycanda pərakəndə satış –reallıqlar və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Bakıda və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən pərakəndə satış müəssisələrinin rəhbərləri iştirak etmişdir. Konfransı giriş sözü ilə açan holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov, Azərbaycanda mövcud iqtisadi artımın mal və xidmətlərin daha keyfiyyətlə təqdim olunmasını zərurətə çevirdiyini və bu sahədə rəqabətin artdığını bildirib. Holdinqin Satış departamentinin müdiri Elşən Osmanov ildən-ilə təkmilləşən pərakəndə satış bazarındakı vəziyyəti əhatəli təhlil edərək, bu sahədə mövcud beynəlxalq təcrübəyə ehtiyac olduğunu qeyd etmişdir. Bu məqsədlə bir çox araşdırma və tədqiqat layihələrinin müəllifi Türkiyəli ekspert Turhan Günayın konfransa dəvət olunduğunu bildirmişdir.
    
  Dünyada fəaliyyət göstərən və geniş satış şəbəkəsinə malik şirkətlərin təcrübəsindən bəhs edən Turhan Günay Azərbaycanda pərakəndə satış indeksinin artan xətlə inkişaf etdiyinə diqqət çəkərək bu sahədə ölkəmizin geniş imkanlara malik olduğunu qeyd etdi. Maraqlı təqdimatla çıxış edən Turhan Günay iştirakçıların suallarını da cavablandırdı.

[Əvvəlki] [Sonrakı]