Azersundan xəbərlər

“AZERSUN HOLDİNG” İLƏ TƏHSİL NAZİRLİYİ ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB.

27 dekabr, 2009

“Azersun Holding” ilə Təhsil Nazirliyi arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərlə bağlı niyyət protokolu imzalanıb. Təhsil Nazirliyində keçirilən imzalanma mərasimində nazir cənab Misir Mərdanov və “Azersun Holding”in prezidenti cənab Abdolbori Goozal iştirak edib.

Layihə çərçivəsində peşə təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi istiqamətində tədbirlər həyata keçirməklə əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması üçün birgə addımların atılması nəzərdə tutulur. Layihəyə uyğun olaraq əvvəlcə Biləsuvar Peşə Liseyində çalışan mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması, təhsil alan şagirdlərin peşə hazırlığının yüksəldilməsi məqsədilə “Azersun Holding”in Muğan bölgəsindəki istehsal müəssisələrində istehsalat təcrübəsi keçməsi, peşə təhsili müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, təhsil müəssisəsini müvəffəqiyyətlə bitirənlərin işlə təmin olunması planlaşdırılır.

[Əvvəlki] [Sonrakı]