Azersundan xəbərlər
MİLLİ AVİASİYA AKADEMİYASININ TƏLƏBƏLƏRİ “BURA VƏTƏNDİR” AKSİYASINDA İŞTİRAK ETDİLƏR
17 dekabr, 2009
“Azərsun Holdinq”, Dağlıq Qarabağın Azərbaycanlı icması və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə layihəsi olan “Bura Vətəndir” adlı aksiya davam etməkdədir. Xüsusilə gənc nəsli vətənpərvərliyə və mərdliyə səsləyən bu aksiya çərçivəsində Şuşa Musiqili Dram Teatrı tərəfindən hazırlanan tamaşalar məhz vətənpərvərlik mövzusunu özündə əks etdirir.
Aksiyada nümayiş etdirilən “Ağ qayıq”, “Şuşa dağlarını duman bürüdü” və “Kamança” tamaşaları “Qafqaz” Universiteti, Bakı Slavyan Universiteti, Memarlıq və İnşaat Universitetinin tələbələrinin böyük marağına səbəb olmuşdur.
“Bura vətəndir” aksiyasının növbəti nümayişi “Azərsun Holdinq”in mədəniyyət mərkəzində baş tutdu. Aksiyanın bu dəfəki tamaşaçıları Milli Aviasiya Akademiyasının tələbələri idi. Müharibə illərini tam mənası ilə özündə əks etdirən “Ağ qayıq” tamaşası tamaşaçılar tərəfindən sürəkli alqışlara səbəb oldu.
Tamaşanın sonunda “Azərsun Holdinq”in İnsan Resursları Koordinatoru Ercan Alkan çıxış edərək, aksiyanın vətənpərvərlik ruhu aşılamasını və təbliğatını dəstəklədiyini bildirdi. Daha sonra Milli Aviasiya Akademiyasının Həmkarlar Təşkilatının sədri Musa Musayev çıxış etdi. Musa Musayev isə öz çıxışında gənclərə vətənpərvərlik ruhunu aşılamasına və təbliğatına görə “Bura vətəndir” aksiyasının təşkilatçılarına tələbə və müəllim kollektivi adından dərin təşəkkürünü bildirdi.
| [Əvvəlki] | [Sonrakı] |

