Azersundan xəbərlər

DÜNYA ŞÖHRƏTLI DOK. QREQORI VATSONUN FƏRDİ SEMINARI “AZƏRSUN HOLDİNQ”İN BAŞ SPONSORLUĞU İLƏ

15 dekabr, 2009

“Azərsun Holdinq”in sponsorluğu ilə Azərbaycana dəvət olunan dünyanın məşhur biznes məsləhətçisi doktor Qreqori Vatson “Keyfiyyət strategiyası - kreativ ideyalardan effektiv idarəetməyə doğru” mövzusunda seminarlara başlamışdır.

Hər zaman elm və təhsilin inkişafını dəstəkləyən “Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdolbari Goozal bəy dok. Qreqori Vatsonla görüşmüşdür. Məşhur qonaqla görüşdə  cənab Abdolbari Goozal, idarəetmə sahəsində peşəkar ekspertləri dəvət etməklə yerli kadrların peşə hazırlığının artırılmasını prioritet hesab etdiyini bildirərək,  bu məqsədlə yaradılmış “Azərsun Akademiyası”nın nailiyyətlər əldə etdiyini vurğulamışdır.

15-17 dekabr tarixində “Qafqaz” Universitetində davam etmiş seminarda ölkənin aparıcı şirkətlərinin rəhbərliyində təmsil olunan menecerlər və “Azərsun Holdinq”in rəhbər heyəti də iştirak etmişdir.

[Əvvəlki] [Sonrakı]