Azersundan xəbərlər

ABDOLBARİ GOOZAL GÜRCÜSTANIN "ŞƏRƏF" ORDENİ İLƏ TƏLTİF EDİLDİ

5 noyabr, 2009

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin sərəncamına əsasən “Azərsun Holdinq” İdarə Heyətinin sədri cənab Abdolbari Goozal, regiondakı humanitar fəaliyyətinə,
Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsinin artırılmasındakı töhfələrinə,
və regionda həyata keçirdiyi böyük iqtisadi layihələrə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib.

Orden 05 noyabr tarixində “Gülüstan” sarayında Gürcüstan və Azərbaycanın dövlət
və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təntənəli mərasimdə,
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaz Natbiladze tərəfindən təqdim edilmişdir.


 

[Əvvəlki] [Sonrakı]