Azersundan xəbərlər
BİLƏSUVARDA MELİORASIYA İŞLƏRİ HƏYATA KEÇİRİLİR
8 oktyabr, 2009Biləsuvarda “Azərsun Holdinq”in uzunmüddətli öhdəçiliyinə verilmiş 3400 hektarlıq əkin sahəsində meliorasiya işləri aparılır. Əkin sahələrində aparılan meliorasiya işləri inkişaf etmiş ölkələrin təcrübəsində də öz əksini tapmışdır. Layihə üzrə həyata keçirilən meliorasiya işləri, əsasən şor və acı suları olan torpaqlarda məhsuldarlığın daha da yüksəlməsinə səbəb olur.
Qeyd etmək lazımdır ki, yeraltı şor sularla zəngin olan ərazilərdə əkinçiliklə məşğul olmaq üçün yeraltı suların ərazidən kənara çıxarılması sisteminin quraşdırılması zəruridir.Yeraltı sular kənara çıxarılmadığı halda isə həmin yerdə əkinçiliklə məşğul olan zaman yeraltı şor və acı suların üzə çıxması torpağın tamamilə münbitliyini yoxa çıxaracaqdır. Və beləliklə, həmin ərazi əkinçiliyə yararsız hala düşəcəkdir. Bu hadisəyə kənd təsərrüfatı terminində “torpağın təkrar şorlaşması” deyilir.
“Torpağın təkrar şorlaşması” ümumilikdə götürdükdə ən xoşagəlməz xal hesab olunur. Həmin torpağın yenidən münbitləşdirilməsi üçün həm çox vaxt, həm də çox böyük məbləğdə sərmayə tələb olunur. Bu cür hadisələr dünyanın bir çox yerlərində baş verir. Odur ki, bu məsələ ümumdünya ekologiya cəmiyyətlərinin diqqət mərkəzindədir.
Azərbaycanın əkinçiliyə yararlı torpaqlarının minimum 30 %-nin təkrar şorlaşmaya məruz qalma ehtimalı vardır. Buna görə də Azərbaycanın aran bölgələrinin torpaqlarında əkinçiliklə məşğul olmaq üçün mütləq qaydada xüsusi layihə üzrə meliorasiya işləri aparılmalı və sonra, yəni seçilmiş ərazinin yeraltı və izafi suların kənara çıxarılması üçün xüsusi süzücü yeraltı boru kommunikasiyası quraşdırılmalıdır.
Bütün bunları nəzərə alan “Azərsun Holdinq” öhdəçiliyində olan və yeraltı şor sularla zəngin olan 3400 hektarlıq ərazidə cari ildən başlayaraq bütün ərazinin yeraltı və izafi sularının çıxarılması üzrə inşaat işləri həyata keçirir. Nəticədə isə torpağın duzluluğu xeyli aşağı düşür və əkilən məhsulların kəmiyyət və keyfiyyətləri daha da yüksəlir.
Bu işin mahiyyəti aşağıdakılardan ibarətdir:
Ərazinin hər 200, 300 və yaxud 400 metr məsafəsindən bir 3, 3.5 metr dərinliyə 200 mm-lik süzgəcli borular döşənir. Bu boruların ətrafına 20 sm qalınlığında müxtəlif ölçülü qum, çınqıl, daş sərilir və bu boruların üstü tamamilə örtülür.
Süzgəc borular perpendikulyar şəkildə ayrıca, böyük diametri 600 və 800-lük yeraltı borularla birləşdirilir. Bu 600, 800-lük borularda izafi sular yığılaraq ümumi drenaj kanalına buraxılır. Və nəticədə sular dənizə axıdılır.
| [Əvvəlki] | [Sonrakı] |

