MƏDƏNİYYƏT MƏRKƏZİ

Fəaliyyətə başladığı gündən etibarən, bir ölkənin inkişafı üçün sadəcə iqtisadiyyatla bağlı atılan addımların kifayət qədər olmadığına inanan “Azersun Holding”, həyata keçirilən iqtisadi layihələrin bəşəriyyət mədəniyyət toplusuna, sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan və onu dəstəkləmədən layiqincə həyata keçməyəcəyinə inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə “Azersun Holding” olaraq öhdəsinə aldığı missiyanı dünən olduğu kimi bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. “Azersun Holding”, Azərbaycanı Azərbaycan edən mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul etməkdədir.

“Azersun Holding” Mədəniyyət mərkəzində, konsert, teatr, konfrans, mükafatlandırma və təqdimat mərəasimləri ilə bərabər yardım proqramları da keçirilir. Mədəniyyət sahəsində yüksək nailiyyətlər əldə edən "Azersun Holding", mülki cəmiyyət təşkilatları və sağlamlıq müəssisələri tərəfindən təşkil olunan proqramlar həyata keçirilir.

“Azersun Holding” mədəniyyət mərkəzi, müasir layihəsilə və 2 mərtəbəli kokteyl salonu ilə Azərbaycan xaqlının xidmətinə verilmişdir.