AŞİB Agro
ŞİRKƏT HAQQINDA

“A.Ş.İ.B. AQRO” MMC 2007-ci ilin iyul ayının 31-də “A.Ş.İ.B.” MMC-nin qərarı ilə təsis edilmişdir. Fəaliyyətə 01 fevral 2007-ci ildən başlayıb. “A.Ş.İ.B. AQRO” MMC-nin fəaliyyəti əsasən şəkər çuğunduru əkən fermerlərlə müqavilə bağlayıb, onlardan müqavilə əsasında alınan çuğunduru “A.Ş.İ.B.” MMC-yə satmaqdır.
1500 hektar sahədə güzəştli kreditlə çuğundur əkilməsidir. Belə ki, Aqro-lizinqlərlə şirkət müqavilə bağlayır, fermerin torpaq sahəsində torpağın hazırlanmasını, əkilməsini, yığılmasını təşkil edərək lazım olan toxum, gübrə və s. dərman və preparatlarla təmin edir. Bu proqram səkkiz rayonu əhatə edir və həmin rayonlarda işlərə nəzarət etmək üçün 16 aqronom məşğul olur.
“Etalon Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən 1680 hektar sahədə əkin aparılması müqaviləsi bağlanıb və bu günə Bərdə rayonunda 1200 hektar sahədə əkin işləri aparılır və hal-hazırda da davam edir. Digər bir proqram isə öz vəsaitləri hesabına şəkər çuğunduru əkən mülkiyyətçilərdir. Onlar cari ildə 711 hektar sahədə əkin aparacaqlar, faktiki əkin bu günə 486 hektar təşkil edir.
Bu proqram isə qismən borclandırmaqla şəkər çuğunduru əkən fermerlərdir. Onların cari ildə təxminən 400 hektara yaxın sahədə şəkər çuğunduru əkmələri planlaşdırılır. Bu günə qədər isə hələlik 220 hektar sahədə əkin aparılıb.

ŞƏKİLLƏR: