VİZYONUMUZ
Təşkilat istehsal etdiyi məhsulları R&D (tədqiqat və inkişaf etdirmə) fəaliyyətləri vasitəsilə beynəlxalq şirkətlərlə müqayisə edəcək səviyyəyə gətirərək, rəqabətə hazır olacaq. Bu rəqabət keyfiyyət, qablaşdırma və insan sağlamlığı baxımından vacib olan şərtləri bir arada qiymətləndirərək, bu məhsulların sağlamlıq şərtlərinə əməl olunmaqla müştəriyə çatdırılmasını hədəf alacaq.
Təşkilatımız istər qablaşdırma, istərsə də keyfiyyət və qiymət rəqabəti cəhətdən etibarlı məhsulları bazara təqdim etmək məqsədi güdür. Təşkilatımız müştərilərlə əlaqələrini dürüstlük üzərində qurduğu kimi, öz işçiləri ilə də, ədalətli əmək haqqı və sosial siyasətlərini tətbiq edən, fəaliyyət göstərdiyi ölkənin vəziyyətinə görə, işçilərinin şərtlərini ölkənin ümumi ortalamasından yüksək olaraq təmin edən, ticarətə dayanan gəlir məqsədli bir quruluşdur.
Xidmətdə və istehsalda ümumi keyfiyyət, davamlı inkişaf və tədqiqat yolunu tutmuşuq. Təşkilatımız bunun üçün, istifadə olunan texnologiyaların təkmilləşdirilməsi istiqamətli elmi tədqiqatlar aparır, istehsal olunan mal və göstərilən xidmətlərin, məhsulların çeşidinin artırılması və yenilənməsi istiqamətində fəaliyyətlər həyata keçirir, hədəf kütləyə yönəldilmiş geniş bazar tədqiqatları aparır və marketinq tədqiqatlarının nəticələri əsasında, müəyyən neytral qaydalara uyğun strateji məqsədlərimizə nail olma sistemi qurur.

